AZ

Məşhur aktrisanın villasında DƏHŞƏTLİYANĞIN: Təcili xəstəxanaya aparıldı - FOTO/VİDEO

Türkiyəli aktrisa Aslıhan Karalar İstanbulun Beykoz rayonunun Riva qəsəbəsində yerləşən villasında baş verən yanğından son anda xilas olub. Hadisə nəticəsində aktrisa tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb.

“Best Model of Turkey 2017”in qalibi olan Karaların üçmərtəbəli villasında yanğın əvvəlcə dam hissəsində başlayıb və qısa müddətdə bütün evə yayılıb.

İlk olaraq itlərini xilas etdi

Yanğın baş verən vaxt evdə olan aktrisa əvvəlcə evdəki itlərini bayıra çıxarıb. Lakin güclü tüstüyə məruz qalan Karalar hadisə yerinə gələn xilasedicilərin müdaxiləsindən sonra xəstəxanaya aparılıb.

Həkimlər aktrisanın vəziyyətinin yaxşı olduğunu və həyati təhlükəsinin olmadığını bildiriblər.

Evdəki əşyalar yararsız hala düşdü

Yanğın nəticəsində villadakı mebel, geyim və digər əşyaların böyük hissəsi yararsız vəziyyətə düşüb. Hadisə aktrisanın evində ciddi maddi ziyanla nəticələnib.

Aktrisa yaşadığı qorxulu anları belə xatırlayıb:

“Anam sahura qalxmasaydı, yəqin ki, ölmüşdük. Demək ki, verilmiş sədəqəmiz varmış.”

Bildirilir ki, yanğın zamanı geyimləri də zərər gördüyü üçün Karalar xəstəxanada dostlarından paltar gətirmələrini xahiş edib.

Hadisənin başvermə səbəbi ilə bağlı araşdırma aparılır.








Seçilən
81
7
news365.az

10Mənbələr