RU

İsrail İranın daxili bölgələrinə hava zərbələri endirdi Tehran cavab verdi

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Yaxın Şərqdə davam edən müharibə 10-cu gününə daxil olarkən İsrail ordusu İran ərazisinin daxili bölgələrinə yeni hava hücumları həyata keçirdiyini açıqlayıb. 

İran tərəfi isə bu hücumlara sərt reaksiya verərək ABŞ və digər düşmənlərin “peşman ediləcəyini” bildirib.

İsrail ordusunun bazar ertəsi yaydığı məlumatda İranın mərkəzi bölgələrində yeni hücum əməliyyatlarının başladığı bildirilib."Telegram" vasitəsilə yayılan açıqlamada İran rejiminə məxsus infrastruktura əlavə zərbələr endirildiyi qeyd olunub.

Ordunun məlumatına görə, hücumlar zamanı ballistik raket buraxılış platformaları, daxili təhlükəsizlik qüvvələrinin qərargahları və İranın yarımhərbi təşkilatı olan Bəsic qüvvələrinin obyektləri hədəf alınıb. Açıqlamada xüsusilə İsfahan şəhərində yerləşən daxili təhlükəsizlik qərargahının vurulduğu bildirilib.

İran mediası isə İsfahanda, paytaxt Tehran şəhərinin bəzi bölgələrində və ölkənin şimal-qərbində yerləşən Zəncan şəhərində güclü partlayışların baş verdiyini qeyd edir. Məlumatlara görə, ölkənin cənubunda yerləşən Bəndər-Abbas hava bazası da iki raketlə hədəfə alınıb və ərazidə güclü partlayışlar qeydə alınıb.

Bu arada İranın İsrailə yeni raket hücumları başlatdığı bildirilir.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
60
azpolitika.info

1Источники