Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.
Həftəsonundan sonra Asiya bazarlarında ilk ticarət açılışında “Brent” markalı neftin qiyməti 109 dollara yüksəldi və daha sonra 119,50 dollara çatıb.
Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, bu, 2020-ci ilin aprel ayından bəri ən böyük gün ərzindəki sıçrayışdır.
Həmçinin bildirilib ki, bu, neftin 17 iyun 2022-ci ildən bəri ilk dəfə 119 dollardan yuxarı ticarət etməsidir.
Qeyd edilib ki, neft qiymətləri 2022-ci ilin mart ayında daha yüksək səviyyələrə çatıb (139 dollardan çox), halbuki bütün zamanların ən yüksək həddi 2008-ci ildə 147 dollardan çox olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.