Bakı. Trend:
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılıdaşıyan 7 vaqondan ibarət yük qatarı Biləcəri DəmiryolStansiyasından yola salınıb.
Trend xəbərverir ki, Ermənistana göndəriləcək taxılın ümumi çəkisi 488tondur.
Belə ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycandantranzit keçməklə 21 min tondan çox (302 vaqon) taxıl, həmçinin 610ton (9 vaqon) gübrə göndərilib.
Qatar "Böyük Kəsik" stansiyasından Gürcüstana keçəcək, oradanisə Ermənistan istiqamətində hərəkət edəcək.
Xatırladaq ki, sonuncu dəfə fevralın 4-də Azərbaycan ərazisindənkeçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondanibarət yük qatarı yola salınıb.