AZ

Azərbaycandan keçməklə Ermənistana növbəti dəfə taxılı göndərildi

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 488 ton olan 7 vaqon taxıl göndərilib.

Modern.az xəbər verir ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə tranzit qaydada 21 min tondan çox taxıl daşınıb. Bu həcmdə yük ümumilikdə 302 vaqonla daşınaraq təyinat məntəqəsinə çatdırılıb.

Bununla yanaşı, eyni marşrut üzrə 610 ton gübrə də daşınıb ki, bu da 9 vaqon vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, sonuncu dəfə fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.

***

09:08

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək.

Modern.az xəbər verir ki, Ermənistana göndəriləcək taxılın ümumi çəkisi 488 tondur.

Daha sonra qatar "Böyük Kəsik" stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Qeyd edək ki, sonuncu dəfə fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
101
11
modern.az

10Mənbələr