Bu gün İranın yeni ali rəhbəri Müctəba Xameneinin andiçmə mərasimi keçiriləcək.
NOCOMMENT.az “Fars” agentliyinə istinadla xəbər verir ki, Tehranın mərkəzindəki Azadi meydanında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Müctəba Xamenei İran Ekspertlər Şurasının qərarı ilə ölkənin yeni ali rəhbəri seçilib.
Qeyd edək ki, İranın əvvəlki ali rəhbəri Ayətullah Seyid Əli Xamenei fevralın 28-də öldürülüb.