RU

KİV: İran İraqdakı ABŞ hədəflərinə hücum etdi

İran ordusu İraqın Ərbil şəhəri yaxınlığındakı ABŞ-nin hərbi bazasına PUA və raketlərdən istifadə etməklə hücuma keçib. Bağdad hava limanı yaxınlığındakı ABŞ-nin diplomatik obyekti də hücuma məruz qalıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.
 
Məlumata görə, diplomatik obyektə edilən hücum "C-RAM" hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
 
ABŞ hərbi bazasına endirilən zərbələrin nəticələri barədə hələlik açıqlama verilməyib.
 
Избранный
110
2
moderator.az

3Источники