İran ordusu İraqın Ərbil şəhəri yaxınlığındakı ABŞ-nin hərbi bazasına PUA və raketlərdən istifadə etməklə hücuma keçib. Bağdad hava limanı yaxınlığındakı ABŞ-nin diplomatik obyekti də hücuma məruz qalıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, diplomatik obyektə edilən hücum "C-RAM" hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
ABŞ hərbi bazasına endirilən zərbələrin nəticələri barədə hələlik açıqlama verilməyib.