Amerikalı müğənni Rihannanın Los-Ancelesdəki malikanəsi bir qadın tərəfindən atəşə tutulub.
Publika.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı yerli polis departamentinə istinadla məlumat yayıb.
Məlumata görə, avtomobildə əyləşən qadın “AR-15” tipli tüfəngdən ifaçının evinə tərəf atəş açıb və mərmilər binanın divarına dəyib. Hadisə baş verən an sənətçi evdə olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumta görə, insident nəticəsində xəsarət alan olmayıb. Atəş açmaqda şübhəli bilinən qadın artıq saxlanılıb, lakin onun motivləri barədə məlumat verilmir.