AZ

Müğənni Rihannanın evi atəşə tutuldu

ABŞ-nin Los-Anceles şəhər polisi 30 yaşlı qadını amerikalı müğənni Rihannanın (Robin Riaanna Fenti) Beverli Hillsdəki evinə atəş açmaqda şübhəli bilərək saxlayıb.

Heftelik.az  “Los Angeles Times” qəzetinə istinadən xəbər verir ki, avtomobildə olan qadın müğənninin malikanəsinə təxminən 10 atəş açıb, güllələr evin divarına dəyib.

Rihanna həmin vax evdə olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hücumun səbəbi hələ açıqlanmır.

Seçilən
101
3
heftelik.az

10Mənbələr