RU

Məşhur müğənninin evi atəşə tutuldu

Los-Anceles polisi 30 yaşlı bir qadını amerikalı müğənni Rihannanın Beverli Hillsdəki evinə atəş açmaqda şübhəli bilinərək həbs edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Los Angeles Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbələrə görə, maşında oturan qadın məşhurun ​​evinə təxminən 10 atəş açlb. Güllələr Rihannanın malikanəsinin divarına dəyib. Müğənninin hadisə zamanı evdə olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində heç kim xəsarət almayıb və hadisənin motivi hələlik açıqlanmayıb.

Избранный
129
4
ucnoqta.az

10Источники