Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp İtaliyanın Baş naziri Giorgia Melonini ABŞ, İsrail və İran arasında sülhməramlı kimi xidmət etməyə hazır olduğuna görə tərifləyib.
Bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.
Məlumata görə, Prezident Tramp qəzetə telefonla müsahibə verib və orada Melonini "böyük lider" adlandırıb.
Xatırladaq ki, bir neçə gün əvvəl İtaliyanın Baş naziri Giorgia Meloni Fars körfəzi ölkələrinə hava hücumundan müdafiə avadanlığı şəklində yardım göndərmək niyyətində olduğunu açıqlayıb. O, həmçinin adanın müdafiəsini gücləndirmək üçün birgə Avropa missiyasının bir hissəsi olaraq bir İtaliya hərbi gəmisinin Kiprə üzməyə hazırlaşdığını bildirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.