RU

Küveytdə neft hasilatı müharibə səbəbindən aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Küveytdə neft hasilatı müharibə səbəbindən aşağı düşüb.

Banco.azxəbər verir ki, “Kuveyt Neft Şirkəti” İranın ölkəyə qarşı təkrarlanan hücumları səbəbindən xam neft hasilatını və neft emalı müəssisələrinin fəaliyyətini ehtiyat tədbiri olaraq azaltdığını açıqlayıb.

“KUNA” rəsmi agentliyinin yaydığı xəbərə görə, “Kuveyt Neft Şirkəti” tərəfindən verilən açıqlamada bildirilib ki, İranın ölkəyə qarşı ardıcıl hücumları səbəbindən xam neft hasilatı və neft emalı müəssisələrinin fəaliyyətində ehtiyat məqsədli azalma tətbiq olunub.

Azalmanın həcmi ilə bağlı konkret rəqəm göstərilməyən açıqlamada qeyd olunub ki, bu tədbir tamamilə ehtiyat xarakteri daşıyır və vəziyyətin inkişafından asılı olaraq yenidən nəzərdən keçiriləcək. Həmçinin vurğulanıb ki, şərait əlverişli olduqda hasilat səviyyəsini əvvəlki vəziyyətinə qaytarmağa tam hazırdırlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
135
1
banco.az

2Источники