ain.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Küveytdə neft hasilatı müharibə səbəbindən aşağı düşüb.
Banco.az xəbər verir ki, “Kuveyt Neft Şirkəti” İranın ölkəyə qarşı təkrarlanan hücumları səbəbindən xam neft hasilatını və neft emalı müəssisələrinin fəaliyyətini ehtiyat tədbiri olaraq azaltdığını açıqlayıb.
“KUNA” rəsmi agentliyinin yaydığı xəbərə görə, “Kuveyt Neft Şirkəti” tərəfindən verilən açıqlamada bildirilib ki, İranın ölkəyə qarşı ardıcıl hücumları səbəbindən xam neft hasilatı və neft emalı müəssisələrinin fəaliyyətində ehtiyat məqsədli azalma tətbiq olunub.
Azalmanın həcmi ilə bağlı konkret rəqəm göstərilməyən açıqlamada qeyd olunub ki, bu tədbir tamamilə ehtiyat xarakteri daşıyır və vəziyyətin inkişafından asılı olaraq yenidən nəzərdən keçiriləcək. Həmçinin vurğulanıb ki, şərait əlverişli olduqda hasilat səviyyəsini əvvəlki vəziyyətinə qaytarmağa tam hazırdırlar.
Bizi sosial şəbəkələrdən izləyin!!
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.