RU

Xameneinin ölümündən əvvəl hazırladığı GİZLİ PLAN - ŞOK DETALLAR açılır

İranda 12 günlük müharibədən sonra hakimiyyət yeni və qaçılmaz hesab edilən münaqişə üçün xüsusi strategiya hazırlayıb.

Bu barədə The New York Times qəzeti məlumat yayıb. Bildirilir ki, plan “Dəli əməliyyatı” adlandırılıb.

Musavat.com xəbər verir ki, nəşrin məlumatına görə, altı iranlı rəsminin sözlərinə əsasən, İranın ali lideri Əli Xamenei tərəfindən verilən göstərişlər açıq olub: İran yenidən hücuma məruz qalarsa və ya onun özü öldürülərsə, regionda genişmiqyaslı müharibə alovlandırılmalıdır.

Planın əsas məqsədi münaqişəni yalnız İsrail və ABŞ üçün deyil, həm də ərəb ölkələri üçün çox baha başa gələn geniş regional qarşıdurmaya çevirmək idi. Strategiyaya görə, zərbələr region ölkələrinin iqtisadiyyatına, turizm sektoruna, enerji və nəqliyyat infrastrukturuna ciddi zərər vurmalı idi.

Sənədə əsasən, plan üç mərhələdən ibarət olub. Birinci mərhələdə İsrail ərazisinə zərbələr endirilməsi nəzərdə tutulurdu. İkinci mərhələdə ərəb ölkələrində yerləşən ABŞ hərbi bazaları hədəfə alınmalı idi. Üçüncü mərhələdə isə mülki obyektlərə – hava limanlarına, otellərə və səfirliklərə hücumların həyata keçirilməsi planlaşdırılmışdı.

Nəşr qeyd edir ki, İran müharibə başladıqdan sonra bir neçə gün ərzində planın bütün mərhələlərini həyata keçirib.

Corc Vaşinqton Universitetinin iran hərbi tarixi üzrə eksperti Sina Azodi bildirib ki, bu, spontan qərar deyil, əvvəlcədən hazırlanmış strategiya idi. Onun sözlərinə görə, planın məqsədi regionda ABŞ-ın müttəfiqlərinə və Vaşinqtonun özünə maksimum zərər vurmaq olub.

Toğrul İsmayıl,
Musavat.com

Избранный
105
2
musavat.com

6Источники