Turkstan.az saytına istinadən ain.az xəbər verir.
İran rəhbərliyinin bölgədə mümkün yeni müharibə üçün hazırladığı gizli strategiya üzə çıxıb.Turkustan.az xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, plan “Dəli əməliyyatı” (Operation Madman) adlanıb və İranın ali dini lideri Ayətullah Əli Xameneinin göstərişi ilə hazırlanıb.Nəşrin yazdığına görə, 12 günlük müharibədən sonra İran rəhbərliyi yeni qarşıdurmanın qaçılmaz olacağını düşünərək genişmiqyaslı hərbi plan hazırlayıb.Altı iranlı rəsminin sözlərinə görə, Xameneinin göstərişi açıq olub:əgər İran yenidən hücuma məruz qalsa və ya onun özü öldürülsə, regionda geniş müharibə başlanmalıdır.Planın məqsədi müharibəni təkcə İsrail və ABŞ üçün deyil, həm də ərəb ölkələri üçün son dərəcə bahalı və dağıdıcı etmək idi.Strategiyaya görə hücumlar aşağıdakı sahələri də hədəfə almalı idi: iqtisadiyyat, turizm, enerji infrastrukturu, nəqliyyat şəbəkələri.Planın üç mərhələsiMəlumata görə, əməliyyat üç əsas mərhələdən ibarət idi.Birinci mərhələ – İsrailə qarşı geniş raket və hərbi zərbələr.İkinci mərhələ – ərəb ölkələrində yerləşən ABŞ hərbi bazalarına hücumlar.Üçüncü mərhələ – mülki obyektlərə zərbələr (hava limanları, otellər və səfirliklər).Strategiya əvvəlcədən hazırlanmışdıNYT yazır ki, müharibə başlayandan sonra İran bir neçə gün ərzində planın bütün mərhələlərini həyata keçirib.Corc Vaşinqton Universitetinin İran hərbi tarixi üzrə eksperti Sina Azodi bildirib ki, bu addımlar ani qərar deyildi:“Bu, impulsiv reaksiya yox, əvvəlcədən hazırlanmış strategiya idi. Məqsəd ABŞ və onun regiondakı müttəfiqlərinə maksimum zərər vurmaq idi.”/Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.