"ABŞ müharibədə rəqibləri üzərində böyük fərqlə üstünlük qazanıb".
Milli.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp təyyarə göyərtəsində jurnalistlərə açıqlamasında bildirib.
"Onların şər imperiyasını, demək olar ki, tamamilə məhv etdik. Əminəm ki, bu vəziyyət bir müddət davam edəcək", Ağ Ev rəhbəri deyib.
O, əlavə edib ki, İran tərəfdən tələb etdiyi qeyd-şərtsiz təslim onların artıq döyüşə davam edə bilməyəcəyini və ya hərbi baxımdan yararsız hala düşəcəklərini göstərir:
"Bu baş verə bilər, çünki onların rəhbərliyini dəfələrlə məhv etmişik. Nəticədə ya təslim olacaqlar, ya da hərbi baxımdan artıq təsirsiz vəziyyətə düşəcəklər".
Milli.Az