RU

SEPAH-dan XƏBƏRDARLIQ: Ağır raketlər İŞƏ SALINACAQ

İran atəş gücünün 60%-ni ABŞ bazalarına və bölgədəki “strateji maraqlarına” hücum etmək üçün istifadə edir.

KONKRET.az xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Əli Məhəmməd Naeini televiziya müraciətində bildirib.

“Hücum imkanlarımızın təxminən 60%-i, raket zərbələri və pilotsuz uçuş aparatları əməliyyatları ABŞ-nin bazaları və strateji maraqlarına yönəlib, 40% isə İsrail rejiminin hədəflərinə qarşıdır”, – deyə Naeini qeyd edib.

“Biz amerikalıları bu müharibədə əsas düşmən hesab edirik və bu səbəbdən də onlar cəzalandırılmaq üçün prioritet hədəfdirlər. Amerikalılar yetmiş ildir ki, bu bölgədə hərbi bazalar qururlar”, – o əlavə edib.

Naeini həmçinin bildirib ki, İran tərəfi 80 dronu, o cümlədən 3 yüksək texnologiyalı ABŞ MQ-9 Reaper dronu və 74 İsrail dronunu vurub.

“Bizim ağır raketlər, ballistik raketlər, qanadlı raketlər, müxtəlif pilotsuz uçuş aparatları və hücum katerləri tam şəkildə genişmiqyaslı və uzunsürən müharibəyə hazırdır. Heç bir narahatlıq yoxdur”, – deyə o vurğulayıb.

SEPAH rəsmisi əlavə edib ki, İran bölgədəki ABŞ bazalarını “qanuni hədəf” sayır.

Eyni zamanda, “Fars” agentliyi xəbər verir ki, SEPAH pilotsuz uçuş aparatları əməliyyatlarının intensivliyini 20% artıracaq və strateji ağır raketlərin istifadəsi də 2 dəfə çoxaldılacaq.\\musavat.com

Избранный
75
40
konkret.az

10Источники