RU

Banqladeşdə yanacaq satışına məhdudiyyətlər tətbiq olunub

Bakı. Trend:

Banqladeşdə Yaxın Şərqdəki qeyri-sabitlik səbəbindənyanacaqdoldurma məntəqələrində yanacaq alışına məhdudiyyətlərtətbiq olunmağa başlanıb.

Trend xəbər verirki, paytaxt Dəkkədə yerləşən yanacaqdoldurma məntəqələrində uzunnövbələr yaranıb.

Bildirilir ki, əksər nəqliyyat vasitələrinin birdəfəyə alabiləcəyi yanacaq miqdarı məhdudlaşdırılıb. Məsələn, iki təkərlinəqliyyat vasitəsi sahiblərinə yalnız iki litr benzin almağa icazəverilir.

Banqladeş Neft Korporasiyası məhdudiyyətləri izah edərəkbildirib ki, Yaxın Şərqdə neft ixrac edən ölkələrdəki çətinvəziyyətə görə ölkə sakinləri adi haldan daha çox yanacaq almağaçalışırlar.

Qeyd olunub ki, Banqladeş neft və qaz ehtiyacının təxminən 95faizini xaricdən idxal edir.

Избранный
99
46
az.trend.az

10Источники