AZ

İranın paytaxtında yanacaq qıtlığı yarandı

Tehranın qubernatoru Məhəmməd Sadiq Motamedian İran Dövlət Televiziyasının efirində bildirib ki, ABŞ və İsrailin hava zərbələri fonunda paytaxtda yanacaqla bağlı müvəqqəti qıtlıq müşahidə olunur.

Publika.az xəbər verir ki, rəsmi şəxs zərbələrin Tehranın bir neçə rayonundakı neft anbarlarına endirildiyini söyləyib.

"Bu hücumlar yanacaq təchizatında problemlər yaradıb. Nəticələrin aradan qaldırılması 2-3 gün çəkəcək", - o dəqiqləşdirib.

Seçilən
93
46
publika.az

10Mənbələr