GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
“ABŞ Prezidenti Donald Trampın məqsədlərinə çatmaq üçün ilk addımı komandirə sui-qəsd etmək olub. Lakin o, hesablamalarında səhv etdi”.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın Dövlət Media İdarəsinin rəhbərliyi “Al Jazeera”ya açıqlamasında deyib.
Bildirilib ki, Ağ Ev rəhbərinin planları alt-üst edilib:
“Qonşu ölkələr bizim qardaş ölkələrimizdir, həmişə onların yanındayıq və kömək göstəririk. Biz ABŞ və İsrail hücumlarına məruz qalırıq və hədəfimiz regiondakı bazalarıdır.
Hücumların qaynaqlandığı regionda hədəfimizə qarşı cavab tədbirləri həyata keçiririk. Müharibənin bütün mərhələlərinə, o cümlədən kürd separatçılarına qarşı mübarizəyə də hazırıq”, – deyə qeyd edilib.
Safura Bənnayeva
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.