RU

Azərbaycanın uğurlarında qadınlarımızın böyük rolu var

Böyük şair Hüseyn Cavidin Qadın gülərsə şu işsiz mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək!

misraları duyanların, duyumluların düşüncələrinin ruhuna dönmüşdü. Bu ruh Azərbaycanda da öz bəşəri fəlsəfəsi ilə yaşadılırdı. Neçə yüz illərin o üzündə qalanları xatırlayaq, yaşanılmışların ma¬hiy¬yətini yada salaq. O çağlarda – dövlətlər, dövlətlər arasında sərhədlər yaranmağa başlayanda sö¬zü qılınc deyirdi, qılınc qurşayıb torpaqları müdafiə edənlərin sırasında qadınlar da olurdu. Tom¬risi xatırlayaq. Dara kimi qana susamış qəddar bir sərkərdəni “zəbun” edən Tomris qüdrətin qa¬dın¬¬lara da aid olduğunu tarixləşdirdi. Uzun Həsənin anası Sara xatun Şərqdə ilk diplomat qadın ol¬du. Onun apardığı siyasət oğlunun hakimiyyətinin ömrünü uzadırdı. Bərdə hökmdarı Nüşabə İs¬gəndər kimi bir fatehi dərrakəsi ilə heyrətlən¬dirmişdi. Tuti Bikə Quba xanlığının yaşamında, si¬ya¬si həyatında, dövlətlərarası münasibət¬lərində düşün¬cəsiylə, hadisələrə ayıq və gərəkli müna¬si¬bə¬-tiylə şöhrətlənmişdi. İlk yazılı ədəbi abidəmiz olan “Kitabi-Dədə Qorqud”u – tarixin 1300 il əv¬vəl¬lərini xatırlayaq. Bu tarixi əsərdə qadınların hünərindən də söz açılır.

1910-cu ildə Kopenhagendə İşçi Qadınların II Beynəlxalq Konfransı keçirilib. Almaniya Sosial Demokrat Partiyasının qadın qrupunun lideri Klara Setkin Beynəlxalq Qadınlar Gününün qeyd edilməsi ideyasını irəli sürüb... 

Azərbaycanda 8 mart ilk dəfə 1917-ci ildə qeyd edilib. 1965-ci ildən keçmiş SSRİ-də 8 mart Bey¬nəlxalq Qadınlar Günü istirahət günü elan olunub. 1975-ci il isə dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Həmin ildə ilk dəfə olaraq BMT Beynəlxalq Qadınlar Gününü qeyd edib. İki il sonra isə qurumun ümumi qurultayında 8 mart - Qadın Hüquqları və Beynəlxalq Sülh Günü kimi rəsmiləşib...

Tarixi gerçəklik budur ki, Şərqdə qadınların bəşərilikdən ilk dəfə bəhrələnməsi – seçib-seçil¬mək hüququna malik olması Azərbaycan Xalq Cümhuriyyəti dövründə olub. Bu, qadınların hə¬ya¬tın fəal müstəvisində fəaliyyəti demək idi. O dövrlərdə qadınların da təhsil almasına ciddi qay¬ğı göstərilirdi, qadınlar da mərhələlərlə təhsil alırdı. Bu təhsil onların ictimai həyatda daha fəal işti¬ra¬kını təmin edirdi. Zaman keçdikcə qadınlar nəinki təhsil alırdılar, həm də elmdə, incəsə¬nət¬də, ədəbiyyatda, siyasətdə, dövlət idarəçiliyində, təmsil olunurdular. 

Bu gün Azərbaycanda qadınların cəmiyyət həyatında iştirakı genişdir. Azərbaycan Respublikasının Kon¬stitu¬siyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyin¬dən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidə-sindən, siyasi partiyalara, həmkarlar ittifaq¬larına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azad¬lıq¬la¬rının bərabərliyinə təminat verilir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları var. Bu pro¬ses¬lər də ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxar¬mış¬dır.

1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyan¬na¬mə¬si və Fəaliyyət Platformasını qəbul edib. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dün¬ya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün in¬ki¬¬şaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan edib. 

Bir tarixi məqamı da xatırlayaq: qadınların ictimai-siyasi fəaliyyətini təşkilatlandırmaq məq¬sə¬di ilə 1998-ci il sentyabrın 25-də Azərbaycan qadınlarının ilk qurultayı keçirildi. Qurultay qadın siyasəti baxımından tarixi hadisə oldu. Azərbaycanda milli-azadlıq hərəkatında da olduqca fəal iş¬ti¬rak edən Azərbaycan qadınları Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra da si¬yasi hadisələrin seyrçisi deyildi, respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin də iştirakçısıydı, bu iştirak Azərbaycan dövlətçiliyinin müdafiəsi ilə şərtlənirdi. Azər¬baycan qadın¬la¬rının mövqeyi həmişə milli dövlətçiliyin müdafiəsi olub. Bu qurultayda da məhz bu kimi mühüm məsələlər müzakirə olunmuşdu. 1998-ci ildən etibarən hər beş ildən bir Azər¬baycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əla¬mət¬dar və böyük hadisə¬lər¬dən biri kimi qiymətləndirilir.

Ulu Öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar ta¬rixli Fərmanı  ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıl¬ması, ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunun artırılması, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasi¬bət-də ayrı-seç¬ki¬liyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gə¬lən  öhdəliklərini daha geniş miqyasda həyata keçirmək üçün 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadın¬la¬rın rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanması, “Azərbaycan Respub¬li¬ka¬sında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərman imzalanması, 2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-2005-ci illər üçün “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”nı qəbul etməsi, Prezident İlham Əliye¬vin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması dövlət qadın siyasətinin hər zaman diqqət mərkəzində olduğunu göstərir. 

2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə  “Gen¬der (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunub. 

Ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın inki¬şa¬fı qadınların iqtisadi imkanlarının genişlənməsinə təkan verib, onlar arasında işsizliyin səviy¬yə¬si¬nin azaldılmasına səbəb olub. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parla¬ment və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proses¬lər¬də fəal iş-tirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbay¬can qadının nüfuzunu daha da yüksəldir. Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayən¬də¬sinə çevrilib. Bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Birinci vitse-prezidentin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda layihələrin uğurla icra olun¬ması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümu¬nəsidir. 

Azərbaycanda dövlət qadın siyasəti təkcə siyasi amillərlə, dövlətçilik prinsipləri ilə de¬yil, həm də milli-mənəvi dəyərlər əsasında formalaşıb. Respublikamızın uğurlarında isə qadınlarımızın da böyük rolu var

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

Избранный
152
azerbaijan-news.az

1Источники