RU

ABŞ Yaxın Şərqdə “Merops” əks dron sistemlərini yerləşdirəcək

ain.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

ABŞ İranın hücum dronlarına qarşı müdafiəni gücləndirmək məqsədilə Ukraynada sınaqdan keçirilmiş “Merops” əks-dron sistemlərini yaxın vaxtlarda Yaxın Şərqə yerləşdirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” agentliyi iki amerikalı rəsmi şəxsə istinadla məlumat yayıb.

Mənbələrdən birinin sözlərinə görə, ABŞ İran raketlərini məhv etmək üçün “Patriot” və THAAD raketdən müdafiə sistemlərindən uğurla istifadə etsə də, hazırda Yaxın Şərqdə effektiv Amerika dron əleyhinə imkanların sayı məhduddur.

Digər amerikalı rəsmi bildirib ki, ABŞ-ın İranın “Şahid” dronlarına qarşı mübarizə səyləri indiyədək “məyusedici” nəticələr verib.

“Merops” idarə olunan sistemi düşmən pilotsuz uçuş aparatlarına qarşı xüsusi dronlardan istifadə edir. Sistem süni intellektdən istifadə edərək peyk və elektron rabitənin kəsildiyi mühitlərdə belə naviqasiya edə bilir, hədəfi müəyyənləşdirərək ona yaxınlaşır və məhv edir.

Agentliyin qeyd etdiyi kimi, İran dronlarını yüksək sürətli raketləri aşkar etmək üçün kalibrlənmiş radar sistemləri ilə müəyyən etmək çətindir. “Merops” sistemi isə məhz bu tip dronları aşkar edib məhv etmək üçün hazırlanıb.

Bundan əlavə, sistemin istifadəsi iqtisadi baxımdan da daha sərfəlidir: yüzminlərlə dollara başa gələn raketlərin buraxılması ilə müqayisədə, təxminən 50 min dollarlıq dron vasitəsilə hədəfin məhv edilməsi daha ucuz başa gəlir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
99
1
yeniazerbaycan.com

2Источники