RU

Küveyt HHM İranın buraxdığı üç ballistik raketi vurdu

BAKI, 8 mart. TELEQRAF

Küveyt hava hücumundan müdafiə sistemlərinin İran tərəfindən ölkə istiqamətində buraxılan üç ballistik raketi zərərsizləşdirdiyi bildirilib.

Teleqraf xəbər verir ki, bu barədə Küveyt ordusu məlumat yayıb.

Silahlı qüvvələrin açıqlamasına görə, raketlər Küveytin hava məkanına daxil olduqdan sonra hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib və məhv edilib.

“Ölkənin hava hücumundan müdafiə qüvvələri hava məkanına daxil olan düşmənə məxsus üç ballistik raketi ələ keçirərək məhv edib”, – deyə Küveyt ordusunun bəyanatında qeyd olunub.

Избранный
47
47
teleqraf.com

10Источники