RU

İran ABŞ əsgərlərini əsir götürdüyünü iddia etdi - ABŞ-dan da açıqlamagəldi...



İran Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani İrana hücumlardan sonra ABŞ-a sərt bir mesaj göndərib. Qisas hücumlarını davam etdirəcəklərini deyən Laricani ABŞ əsgərlərinin əsir alındığını açıqlayıb.

"Liderimizin və xalqımızın qanının intiqamını amansızcasına alacağıq. Tramp bunun bədəlini ödəməlidir və ödəyəcək" - deyə Laricani sosial mediadakı paylaşımında bildirib.

Region ölkələrinə də mesaj göndərən Laricani bildirib ki, ABŞ-ın onların ərazisindən İrana qarşı istifadəsinin qarşısı alınmalıdır: "Region ölkələri ya ABŞ-ın öz ərazilərindən İrana qarşı istifadəsinin qarşısını almalıdırlar, ya da bunu özümüz etməli olacağıq".

Laricani həmçinin İranın bəzi Amerika əsgərlərini əsir götürdüyünü və ABŞ tərəfinin itkilərlə bağlı ziddiyyətli açıqlamalar verdiyini iddia edib: “Bir çox Amerika əsgəri əsir götürülüb. Əvvəlcə 5-6 Amerika əsgərinin öldürüldüyü barədə yalan xəbər yaydılar, sonra isə bunu qəza elan edərək ölənlərin sayını artırdılar”.

Laricani neçə ABŞ əsgərinin harada və necə əsir götürdüyünü isə açıqlamayıb…

Bu açıqlamadan qısa müddət sonra isə ABŞ Mərkəzi Komandanlığının sözçüsü İranın bu iddialarını təkzib edərək, heç bir Amerika əsgərinin əsir götürülmədiyini bildirib.

Tahir TAĞIYEV

Избранный
35
14
baki-xeber.com

10Источники