RU

Tramp: İranda məktəbə edilən hücuma görə Tehran məsuliyyət daşıyır

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp İranda məktəbə edilən hücuma görə Tehranın məsuliyyət daşıdığını iddia edib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Tramp jurnalistlərin sualını cavablandırarkən bildirib ki, onda olan məlumatlara əsasən, hücumu məhz İran həyata keçirib.

ABŞ-nin müdafiə naziri Pit Heqset də bu mövqeni dəstəkləyərək bildirib ki, mülki obyektlərə zərbələri yalnız İran endirir.

Xatırladaq ki, fevralın 28-də İran hökuməti ABŞ və İsrailin ölkənin cənubundakı Minab şəhərində qızlar üçün ibtidai məktəbə zərbə endirdiyini açıqlamışdı. Son məlumatlara görə, hadisə nəticəsində 165 nəfər həlak olub. Onların əksəriyyətini şagirdlər, eləcə də valideynlər və müəllimlər təşkil edir. Daha 95 nəfər yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
oxu.az

1Источники