RU

"Mançester Siti"  "Nyukasl"ı məğlub edərək İngiltərə Kubokunun 1/4 finalına yüksəldi

İngiltərə Kubokunda beşinci mərhələnin daha bir oyunu baş tutub.

90deqiqe.Az xəbər verir ki, "Nyukasl" öz meydanında "Mançester Siti"ni qəbul edib. "Sent-Ceyms Park" stadionunda keçirilən qarşılaşmanı hakim Samuel Barrott idarə edib.

Matç qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

18-ci dəqiqədə Harvi Barns hesabı açaraq meydan sahiblərini önə çıxarıb. 39-cu dəqiqədə Savio bərabərlik qolunu vurub.

İkinci hissənin əvvəlində Omar Marmuş 47-ci dəqiqədə qonaqları hesabda önə çıxarıb. 65-ci dəqiqədə isə o, ikinci qolunu vuraraq qələbəni rəsmiləşdirib – 3:1.

Turnirin 1/4 final mərhələsinin püşkü 9 martda atılacaq. Son qalib "Kristal Pelas" olub. Finalda London klubu "Mançester Siti"ni 1:0 hesabı ilə məğlub edib.

Избранный
86
90deqiqe.az

1Источники