
İraqın Erbil şəhəri yaxınlığında Amerika qüvvələrinin dislokasiya olunduğu hərbi baza bir neçə pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücuma məruz qalıb.
AFN.az xəbər verir ki, bu barədə "Safaq News" xəbər portalı məlumat yayıb.
Məlumata görə, bazanın yerləşdiyi Erbil hava limanının bilavasitə yaxınlığında azı üç güclü partlayış baş verib. Qeyd olunur ki, bu, son bir neçə saat ərzində ABŞ obyektinə edilən artıq ikinci hücumdur.
Hücum edən dronlara qarşı zenit qurğularından atəş açılıb. Hücumun nəticələri və tələfat barədə hələlik rəsmi məlumat yoxdur.