RU

Türkyə XİN: Azərbaycan və Ermənistan arasında sülh istiqamətində addımları məmnuniyyətlə qarşılayırıq

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Türkiyə Azərbaycanın və Ermənistanın qalıcı sülhə nail olunması və regionda sabitliyin təmin edilməsi istiqamətində atdığı addımları müsbət qiymətləndirir.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, atılan addımlar Cənubi Qafqazda sülh prosesinin artıq real nəticələr verməyə başladığını göstərir.

“Bu addımların qorunub saxlanılması və yekunda qalıcı sülh müqaviləsi ilə taclandırılması bizim ən böyük arzumuzdur”, – deyə Fidan vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
102
2
apa.az

3Источники