RU

Türkiyədəki “SEPAH”-BƏHRUZ HƏSƏNOV YAZIR

Narahatlıq doğuran məqam budur ki, hazırda qardaş Türkiyənin ictimai -siyasi mühitində bəzi kəsimlərin Azərbaycana qarşı nümayiş etdirdiyi mövqə SEPAH-ın ölkəmizə qarşı ənənəvi münasibətindən çox da fərqlənmir.

Təbii, mən qardaş ölkə ilə SEPAH-ı eyniləşdirmirəm, amma “İnqilab Keşikçilərinin” Türkiyə ilə Azərbaycan arasında yaranmış fikir ayrılığını məmnunluqla izlədiyini və daha da dərinləşdirmək üçün səy göstərdiyini, hətta türk efirlərindən bizə boylandığını görürəm və bilirəm.
Professor Hilmi Dəmirin fikrincə qardaş ölkədə yürüdülən antiazərbaycan kampaniyasının ardında “dərin irançılar” yəni İran xüsusi xidmət orqanlarına bağlı şəxslər var.
Sayın Dəmir haqlıdır. Zatən Azərbaycanda da bənzər situasiyanı müşahidə etmirikmi?!
(İndi hansısa dilçi professor irad tuta bilər ki, niyə sual cümləsini türk intonasiyasında qurursan?)
Professorun fikrinə qatılmaqla bərabər əlavə etmək istəyirəm ki, sosial medianın Türkiyə seqmentində İranın böyük trol şəbəkəsi var.
Kiçik bir araşdırma ilə şəbəkəyə ötürülən tezisləri aydınlaşdırmaq mümkündür.
– Azərbaycan Qəzzada qətliam törədən İsrailin dəstəkləyir
– Azərbaycan İsraildən sonra ikinci yəhudi dövlətidir
– Azərbaycan höküməti sionistlərin ibarətdir
– Azərbaycan 24 saat içində İsraillə bərabər İrana qoşun yeridərək
-İsrail təyyarələrinə Azərbaycan yanacağı ilə müsəlman uşaqları öldürür və s.
Paralel olaraq Azərbaycan Prezidentinin montaj olunmuş fotoları, təhrif edilmiş ailə keçmişi minlərlə hesabdan eyni anda tirajlanır və legitimləşdirilir.
Məsələn, bu gün qardaş ölkənin sosial media platformalarında sürətlə yayılan görüntü guya Azərbaycan Prezidentinin İsraildə “ağlama divarı” nın önündə çəkilmiş fotosudur. Hansı ki, açıq mənbələrdə Cənab İlham Əliyevin müqəddəs “Kəbə evi”ni evini ziyarət edərkən çəkilmiş fotoları mövcuddur.
Ümumiyyətlə, müşahidə etdiyimiz məkrli kampaniya məhz Azərbaycan Prezidentinin üzərində qurulub.
Öz Prezidentini müdafiə etmək isə hər bir vətənpərvər vətəndaşın borcu olmalıdır!

Qardaş ölkənin “Dezinformasiyalarla mübarizə İdarəsinin” keçdiyimiz bir neçə gün ərzində bəhs etdiyimiz trol hesablarının müəyyən edilməsi və bloklanması istiqamətində fəaliyyətini müşahidə etsək də atılan addımlar aparılan məkrli təbliğatla müqayisədə olduqca yetərsizdir.
Biz hazırda Türkiyədə vüsət almış anti-Azərbaycan kampaniyasının təsnifləndirməyə çalışsaq onu aşağıdakı kateqoriyalara bölə bilərik:
1. Məzhəb düşmənçiliyi aparan kəsim.
Məsələn, qocaman, daha doğrusu xərifləmiş jurnalist, siyasi islamçı kimliyi ilə tanınan Abdurrrahman Dilipak yazır “Azərbaycan da İran kimi şiə dövlətidir… Biz onlarla necə qardaş ola bilərik”.
Əlbəttə, nə dili, nə də ibadəti pak olan bu qənaət öndəri tək deyil. Bu cinah tarix boyu qardaş qanının axmasına səbəb olmuş Şiə-Sünni məsələsini hər fürsətdə alovlandırmağa çalışırlar. Onlar üçün nəinki milli kimlik, hətta dini kimlik də önəmsizdir, əsas meyar məzhəbçilikdir.

2. İran xüsusi xidmət orqanlarının agent şəbəkəsi. Maraqlıdır ki, onlar Türkiyə solunda da az deyillər. Adətən, sağ-mühafizəkar kəsimi ETTALAT üçün münbit zəmin hesab etsək də sol təmayül hər zaman İranın maraq və zaman-zaman isə təsir dairəsində olub. Eyni zamanda danılmaz həqətdir ki, xarici xüsusi xidmətlər üçün dövlətin dərinliyinə nüfuz etmək başlıca missiyadır. Görünür, müəyyən uğurlar əldə edilib…

3. Türkiyədəki 5 -ci kolon.
Onlar hər vəchlə Türkiyənin Türk dünyası ilə inteqrasiya prosesinin qarşısını almağa, nümunəvi Türkiyə-Azərbaycan münasibətlərini zədələməyə, milli kaloriti ilə seçilən Ərdoğan hökümətini nüfuzdan salmağa, devirməyə çalışıblar. Xüsusən, Türkiyədə son Prezident seçkiləri zamanı Azərbaycan əsilli namizəd, seçkinin həlledici fiquru Sinan Oğanın finalda Cənab Ərdoğanı dəstəkləməsi, bunla da mövcud iqtidarın qələbəsinin təmin edilməsi, əlavə olaraq, Cənab İlham Əliyevin seçki ərəfəsindəTürkiyə Prezidentinə açıq dəstək nümayiş etdirməsi Azərbaycanı Türkiyədə mövcud olan 5-ci kolonun açıq hədəfinə çevirib.
Bu da aydındır ki, Azərbaycanı etibarsızlaşdlrma, qarayaxma, güvənilməz ölkə imici yaratmaq üçün aparılan geniş təbliğatın arxasında Türk hökumətindən də hansısa cinah dayanır. Biz ona hələlik “gözəgörünməz əl” deyə bilərik.
Şərti olaraq “gözəgörünməz əl” adlandırdığımız bu qüvvə İran xüsusi xidmət orqanları ilə sinxron hərəkət edərək Türkiyə ictimai rəyinin formalaşmasında iştirak edən müstəqil imicli analtiklər, mütəxəsislər ilə xaricdə fəaliyyət göstərən azərbaycanlı bloggerlər, “sifarişli qələmlər” arasında körpü yaradır, Azərbaycan hökümətini siyasi iradəsinə, onun müstəqil qərarvermə mexanizmlərinə, yəni Azərbaycanın daxili məsələlərinə təsir və müdaxilə etməyə çalışırlar.
Təəssüf ki, bu mənfi tendensiyada iqtidar komandasına mənsub bəzi millət vəkillərini də görürük
(Ardı var)

Избранный
14
veteninfo.az

1Источники