RU

ABŞ və İsrailin kürd planı: Hədəf Qərbi Azərbaycandır...

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ və İsrailin İrana qarşı kürd silahlı qruplaşmalarından proksi qüvvə kimi istifadə etməyi planlaşdırdığı iddia olunur.

Globalinfo.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, İraqın şimalında yerləşən kürd silahlı dəstələrinə İranın Qərbi Azərbaycan əyalətindəki Piranşahr və Oşnaviyə şəhərlərini ələ keçirmək tapşırığı verilə bilər.

Qeyd olunur ki, sərhəd bölgəsində 5–8 minə yaxın döyüşçü cəmləşib və yaxın günlərdə mümkün hücuma hazırlaşır.

Mənbələrin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İraq Kürdüstanının liderləri,  Məsud Bərzani və Bafel Talabani ilə telefon danışığında belə planı müzakirə edib və kürd qüvvələrinin İrana qarşı əməliyyatını “möhtəşəm addım” kimi qiymətləndirib. Lakin sonradan ABŞ administrasiyası bu məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina edib.

Məlumata görə, kürd qruplaşmaları əsasən yüngül silahlarla təchiz olunub və onların məqsədi rejimi devirməkdən çox, İranın sərhəd bölgələrində gərginlik yaradaraq Tehranın diqqətini yayındırmaq ola bilər. Bununla yanaşı, belə bir əməliyyatın ABŞ və İsrailin hava dəstəyi olmadan mümkünləşməyəcəyi bildirilir.

Ekspertlər isə qeyd edir ki, kürdlərin bu münaqişəyə cəlb olunması regionda yeni etnik və siyasi gərginliklər yarada, eyni zamanda İranda milli birlik hissini gücləndirərək mövcud hakimiyyətin mövqelərini möhkəmləndirə bilər. Bundan əlavə, İraq və Türkiyə rəsmiləri də bölgədə separatçı meyillərin güclənəcəyi ilə bağlı narahatlıq ifadə ediblər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
98
globalinfo.az

1Источники