RU

Qızıl bazarında bahalaşma və durğunluq varVİDEO

Qlobal iqtisadiyyatdakı dalğalanmalar birbaşa yerli qızıl bazarlarındakı vitrinlərə də təsir edib.

Xezerxeber.az-ın məlumatına görə, əvvəllər qiymətlər həftələrlə sabit qalırdısa, indi vəziyyət tamamilə dəyiçib. Satıcılar bildirir ki, hər gün fərqli kursla işə başlayırlar.

Başqa sözlə, bir gün ucuzlaşan qızıl, növbəti gün ikiqat bahalaşır. Alıcı üçün büdcə planlamaq müşkülə çevrilib.

Satıcılar qiymət artımını dünya miqyasında baş verən hərbi münaqişələrlə əlaqələndirir.

Qiymət artımı ilə yanaşı, bazarda mövsümi durğunluq da hiss olunur. Toyların azlığı və Ramazan ayı isə satışın həcminə birbaşa təsir edib.

İndi həm satıcıların, həm də alıcıların ümidi mart ayına və qarşıdan gələn bayramlaradır. Amma qlobal siyasi mənzərə dəyişmədikcə, qızılın mövcud vəziyyətii hələ bir müddət də davam edəcək kimi görünür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
140
xezerxeber.az

1Источники