İngiltərə Kubokunun 5-ci turu (1/8 final) çərçivəsində "Mensfild Taun" və "Arsenal" klubları üz-üzə gəlib.
QOL.az xəbər verir ki, Mensfilddəki "Uan Koll" stadionunda baş tutan görüşdə "Arsenal" 2:1 hesablı çətin qələbə qazanıb.
7 mart
"Mensfild Taun" - "Arsenal" - 1:2
Qollar: V.Evans, 50 – N.Madueke, 41, E.Eze, 66
Qeyd edək ki, turnirin 1/4 final mərhələsinin püşkatma mərasimi martın 9-da keçiriləcək. Xatırladaq ki, İngiltərə Kubokunun hazırkı qalibi finalda "Mançester Siti"ni (1:0) məğlub edən "Kristal Pelas"dır.