RU

Mətbəxdə edilən bu səhv böyrək çatışmazlığına səbəb ola bilər - XƏBƏRDARLIQ

Az bişmiş ət məhsulları, xüsusən də kiçik uşaqlarda ciddi sağlamlıq problemlərinə səbəb olur.

Ölkə.Az xəbər verir ki, bu barədə uşaq nefrologiyası mütəxəssisi, professor Cihangir Akgün danışıb. O, ailələrə ət və qiymə istehlakı ilə bağlı xəbərdarlıq edib:

“Az bişmiş ətlə qəbul edilən bakteriyalar bədəndə çoxalır və toksinlər buraxır. Bu proses qanlı ishal və qusma ilə başlayır və ağır hallarda böyrək çatışmazlığına qədər irəliləyə bilər”.

C. Akgün ətin bütöv bişirildiyi və qızardıldığı zaman bakteriyaların əsasən öldüyünü söyləyib:

“Risk xüsusilə az bişmiş burger və qiymə ətində daha yüksəkdir. Bakteriyalar bədəndə çoxalır və toksinlər buraxır.

Proses irəlilədikcə qan hüceyrələri zədələnə və ağır anemiya inkişaf edə bilər. Daha sonra böyrək çatışmazlığı yarana bilər və ağır hallarda bu vəziyyət ölümlə nəticələnə bilər. Xəstəlik yalnız böyrəklərə deyil, həm də beyinə də təsir göstərə bilər. Qanlı ishal və qusma ilə müraciət edən xəstələr təcili yardım şöbəsinə gəldikdə, testlər bəzi xəstələrdə böyrək çatışmazlığı inkişaf etdiyini göstərir”.

Professor əlavə edib ki, ət istehlakında bişirmə dərəcəsi həyati əhəmiyyət daşıyır:

“Qiymə və ət məhsullarının daxili temperaturu ən azı 72 dərəcəyə çatmalıdır. Çiy ətlə təmasda olan maşa və ya boşqablar bişmiş ətə toxunmaq üçün istifadə edilməməlidir. Ət etibarlı mənbələrdən əldə edilməlidir və xüsusilə qiymə ət məhsulları yaxşıca bişirilməlidir”.

Billurə
 

Избранный
24
1
olke.az

2Источники