RU

“Bavariya” və “Barselona” 17 yaşlı futbolçunun transferi uğrunda mübarizəyə girdi

BAKI, 7 mart. TELEQRAF

“Bavariya” və “Barselona” “Benfika”nın 17 yaşlı futbolçusu Daniellu Banjakini transfer etmək istəyir.

Teleqraf TEAMtalk nəşrinə istinadən xəbər verir ki, klublar artıq müdafiəçi ilə potensial əməliyyat barədə danışıqlar aparıblar.

Bununla yanaşı, portuqaliyalı futbolçuya “Mançester Yunayted”, “Liverpul” və “Arsenal” da maraq göstərir. Transfermarkt portalının məlumatına görə, Banjakinin bazar qiyməti 1 milyon avro təşkil edir.

Qeyd edək ki, Banjaki yanvarda “Benfika”nın əsas komandasında debüt edib. Futbolçunun klubla mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Избранный
29
teleqraf.com

1Источники