Rusiyanın Yujno-Saxalinsk şəhərində keçirilən qadınların 50 kilometrli xizək marafonu zamanı xoşagəlməz hadisə baş verib.
İdman.Biz xəbər verir ki, eniş zamanı dörd xizəkçidən ibarət qrupun qarşısına qəfil it çıxıb və xizəkçilər vaxtında “əyləci” basa bilməyiblər.
Nəticədə heyvan Arina Kusurqaşevanın, ardınca digər xizəkçi Alina Kudisovanın yıxmasına səbəb olub.
Kusurqaşeva demək olar ki, dərhal ayağa qalxaraq məsafəyə qayıdıb. Kudisova isə uzun müddət ayağa qalxa bilməyib və nəticədə yarışı davam etdirə bilməyib, toqquşma yerini tərk edərkən o, ciddi şəkildə axsayıb.