RU

Millimiz Macarıstana qarşı

Azərbaycanın qadınlardan ibarət millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün 2-ci oyununa çıxacaq.

Msport.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda səfərdə Macarıstanla üz-üzə gələcək.

C Liqasının 3-cü qrupunun matçı Felksutdakı “Panço Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Bu qrupun digər oyununda isə Andorra Şimali Makedoniyanın qonağı olacaq (Bakı vaxtı ilə saat 18:00).

Qeyd edək ki, Azərbaycan millisi ilk matçda Şimali Makedoniyaya 2:0 hesabı ilə qalib gəlib.

7 mart

17:30. Macarıstan – Azərbaycan 

Baş hakim: Filipa Pereyra Kunya, Andreya Souza, Kristiana Moreyra Kosta, Sara Alves (Hakimlər briqadası Portuqaliyadandır)

“Panço Arena”

18:00. Şimali Makedoniya – Andorra

Избранный
46
2
msport.az

10Источники