Bu gün Azərbaycan Premyer Liqasında üçüncü dövrəyə – 23-cü tura start veriləcək.
Msport.az xəbər verir ki, ilk oyun gününə bir matç nəzərdə tutulub.
“Karvan-Yevlax” öz meydanında “Sumqayıt”ı qəbul edəcək.
Hazırda Saşa İliçin komandası 6 oyundur ki, qələbə qazana bilmirlər. Onların son qalibiyyəti yanvarın 30-da məhz “Karvan”la görüşdə olmuşdu.
Bu komandaların ilk iki dövrədəki oyunlarında “Sumqayıt” qələbə qazanıb – 4:1 və 2:0.
Azərbaycan Premyer Liqası
23-cü tur
7 mart
15:00. “Karvan-Yevlax” – “Sumqayıt”
Yevlax şəhər stadionu
8 mart
15:00. “Şamaxı” – “İmişli”
19:15. “Qarabağ” – “Araz-Naxçıvan”
9 mart
18:30. “Zirə” – “Kəpəz”
20:30. “Neftçi” – “Turan Tovuz”
10 mart
19:15. “Sabah” – “Qəbələ”