RU

İsveç Ukraynanın sanksiya siyahısına saldığı Rusiya gəmisini saxladı

İsveç Sahil Mühafizəsi polisin dəstəyi ilə krallığın cənubundakı Trelleborq sahillərində Qvineya bayrağı altında üzən Caffa yük gəmisini saxlayıb.

Musavat.com xəbər verir ki, məlumatı İsveç Sahil Mühafizəsi yayıb. Qurum bildirir ki, ilkin araşdırmaya başlayıb və gəminin dənizdə hərəkətə yararsız olduğu qənaətindədir.

İsveç Mülki müdafiə naziri Karl-Oskar Bolinin sözlərinə görə, Caffa Ukraynanın sanksiya siyahısındadır: "Gəmi Ukraynanın sanksiya siyahısındadır, mülkiyyət strukturu aydın deyil və sığortasının olmaması şübhəsi var. Bildirilir ki, gəmi bu yay bayrağını Rusiya bayrağından Qvineya bayrağına dəyişdirib".

SVT televiziyasının məlumatına görə, gəmi Mərakeşin Kasablanka şəhərindən Sankt-Peterburqa gedirmiş.

Musavat.com

Избранный
29
3
musavat.com

6Источники