RU

Ceyk Pol qadınlar üçün yeni boks liqası yaradır

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Blogger və boksçu Ceyk Polun sahibi olduğu “Most Valuable Promotions” (MVP) qadın boksu üçün yeni platforma olan “MVPW”nin istifadəyə verildiyini elan edib.

İdman.Biz bu barədəd ESPN-ə istinadən məlumat verir.

Təşkilat ESPN ilə çoxillik müqavilə imzalayıb və ilk üç tədbirin 2026-cı ilin aprel və may aylarına planlaşdırıldığı bildirilir.

“MVP yarandığı gündən bəri, dünyanın ən yaxşı döyüşçülərinin iştirak etdiyi qadın boksu üçün qlobal bir məkan yaratmağa strateji olaraq diqqət yetirmişik. Bu gün qürurla yeni bir dövrə qədəm qoyuruq", - deyə MVP-nin həmtəsisçiləri Nakisa Bidarian və Ceyk Pol bildiriblər.

İlk tədbir olan “MVPW-01” 5 apreldə Londonda “Olympia Events”də keçiriləcək. Bu, promouşnunun əvvəllər elan edilmiş Böyük Britaniyadakı debütü olacaq. Əsas tədbir WBC çempionu Kerolin Dübua və WBO kəmər sahibi Terri Harper arasında yüngül çəkidə (61 kq-a qədər) birləşmə döyüşü olacaq. Kartda həmçinin ikinci ən yüngül çəkidə mütləq çempionluq uğrunda (55 kq-a qədər) Böyük Britaniyadan olan WBO, IBF və WBC çempionu Elli Skotni ilə WBA çempionu meksikalı Mayeli Flores arasında döyüş də yer alır. Şantel Kameron boş qalan WBO super orta çəki titul uğrunda (70 kq-a qədər) Mihaela Kotaskova ilə döyüşəcək.

Promouşenin döyüşçülər siyahısına yüngül çəkidə mütləq çempion Amanda Serrano, WBC yüngül çəki çempionu Tiara Braun, Ebani Brices və başqaları da daxildir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
1
icma.az

2Источники