RU

İran İsrailə qarşı yeni raket hücumları başladığını açıqladı

BAKI, 7 mart. TELEQRAF

İran İsrailə qarşı yeni hücum mərhələsinin başladığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Qurumun mətbuat xidmətinin bildirdiyinə görə, İsrailə qarşı “Həqiqi vəd - 4” əməliyyatının 24-cü mərhələsinə start verilib.

Fars agentliyinin yaydığı məlumata əsasən, bu mərhələ çərçivəsində İsrail istiqamətinə üç raket buraxılıb.

Избранный
79
teleqraf.com

1Источники