RU

İran səfiri son etirazlarda 32 min insanın öldürülməsi xəbərinə münasibət bildirib

İranda etirazlar zamanı 32 000 insanın öldürülməsi xəbəri doğru deyil, bu, ötən ilin iyun ayından İslam Respublikasının əleyhinə aparılan hibrid müharibənin nəticəsidir.

"Far.Az" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu "Baku TV"nin baş redaktoru Turan İbrahimova "Eksklüziv müsahibə"də deyib.

"Hibrid savaşın ilk mərhələsi birbaşa hərbi hücum idi və 12 gün davam etdi", - səfir bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrail İrandakı son etirazlarda küçəyə çıxanları himayə bəhanəsi ilə İslam Respublikasına hücum planlaşdırıb:

"İstəyirdilər ki, İranın siyasi strukturunu zərbə ilə məhv etsinlər".

Səfir sonra İrandakı iqtisadi vəziyyət fonunda başlayan etirazlar barədə məlumat verib. O, bildirib ki, İranda etirazlara brünən bazarların siyasət, iqtisadiyyat, mədəniyyət hətta din üçün rolu böyükdür:

"Tehran, Təbriz, Şiraz bazarlarına gedəndə böyük məktəblər, məscidlər görmək olar. İsfahanda da eyni vəziyyətdir. Nə üçün? Çünki bunların qurucuları iqtisadiyyatda fəal olan insanlardır. Son etirazlar isə bazarda başlayıb və Prezident Məsud Pezeşkian onlarla danışaraq razılaşıb".

Müctəba Dəmirçilu bundan sonrakı etirazları İranın sonuncu şahının oğlu Rza Pəhləvinin çağırışı ilə əlaqələndirib. Silahlı toqquşmaların isə İrandakı bəzi şəxlər tərəfindən təşkil olunduğunu gizlətməyib. "Satqınlar və İrana xaricdən gələn terrorçular olub", - o deyib.

T.İbrahimov bunun İrandakı kəşfiyyat boşluğu ilə bağlı olduğunu soruşanda isə səfir "hər halda" keçidi ilə polislə etirazçıların toqquşmalarından bəhs edib.

Избранный
82
far.az

1Источники