RU

Azərbaycan və BƏƏ XİN rəhbərləri Azərbaycana qarşı həyata keçirilmiş dron hücumlarını müzakirə edib

6 mart tarixində Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

 

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

 

Telefon danışığı zamanı Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş dron hücumları və cari təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

 

Nazir Abdullah bin Zayed Əl Nəhyan mülki əhalinin və mülki infrastrukturun hədəf alınmasını qətiyyətlə pislədiyini və bu kimi addımların qəbuledilməz olduğunu diqqətə çatdırıb.

 

Nazirlər Yaxın Şərqdə gərginliyin artmasından narahatlıq ifadə edib, vəziyyətin eskalasiyasının qarşısının alınmasının vacibliyini qeyd ediblər.

 

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər.

Tarix: 7 Mart 2026, 01:25   
Избранный
66
17
pravda.az

10Источники