RU

Ərəb liqası ölkələri və müsəlman dövlətlərinin heç biri İranın arxasında durmur - AÇIQLAMA

BAKI, 6 mart. TELEQRAF

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların genişlənməsi mümkündür. Bu müharibənin Yaxın Şərqin coğrafiyasından kənara yəni, Qafqaza yayılması ehtimalı da böyükdür. İran tərəfinin Türkiyəyə və Azərbaycana qarşı hərbi təxribatları qardaş ölkənin Hatay bölgəsinə atılan raket, Naxçıvana edilən dron hücumları da məhz məhz bu məqsədlərə xidmət edir.

Bu sözləri Teleqraf-a politoloq Ramiyə Məmmədova İran ətrafında yaşayan gərginlik fonunda region dövlətləri üçün yarana biləcək təhdidləri şərh edərkən deyib.

Onun sözlərinə görə, ötən il baş vermiş 12 günlük müharibədən sonra İran yeni qarşıdurmadan qaçırdı:

“Amma hamı da bilirdi ki, yeni müharibə qaçılmazdır. ABŞ özü də o dövr üçün bu qarşıdurmanın irəliləməsində maraqlı deyildi. Amma İsrailin Yaxın Şərqdə apardığı siyasətləyeni bir müharibə başlamış oldu. Faktiki olaraq bu gün region böyük təhdidlərlə üz-üzədir. İran tərəfinin absurd iddiası odur ki, regionda onlar olmayacaqsa, digər dövlətlərin varlığına ehtiyac qalmır. Eyni zamanda bəlli bir fanatizmlə Yaxın Şərqi ələ almaq istəyən tərəflər də var”.

Politoloq hesab edir ki, ABŞ və İsrail qarşısında İranın sonra kimi dirəniş göstərməsi çətin olacaq:

“İranda dövlət içində dövlət modeli bəlli ziddıyətləri ortaya çıxarır. Bu halda onun Yaxın Şərq ölkələri arasında da heç bir nüfuz olmur. Sözsüz ki, bu Tehranın özü günahıdır. Onlar regionda və qonşu dövlətlərlə gərginlik yaşayıb. İran daha çox terror qruplaşmalarına böyük pullar xərcləyərək digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb. Faktiki olaraq ərəb liqası ölkələri ilə yanası müsəlman dövlətlərinin heç bir İranın arxasında durmur”.

Ramiyə Məmmədovanın fikrincə, İrana bun gün qonşu dövlətlərin münasibətləri heç də birmənalı deyil:

“Azərbaycan və Türkiyə son hadisələr fonunda İrana bu va ya digər formada hümanitar yardım göstərməyə çalışırdı. Amma Tehran ona dəstək verməyə çalışan qonşularına qarşı namərdcəsinə bir davranış sərgilədi”.

Избранный
13
teleqraf.com

1Источники