RU

İranın nə vaxt “qeyd-şərtsiz kapitulyasiya” edəcəyinə Tramp qərar verəcək

ABŞ rəhbərliyi İranla bağlı hərbi əməliyyatların gedişi barədə yeni açıqlama verib. Vaşinqton bildirib ki, İranın artıq ABŞ üçün təhlükə yaratmadığı anı müəyyənləşdirən əsas qərarı ABŞ prezidenti verəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Livitt açıqlama verib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp ölkənin silahlı qüvvələrinin ali baş komandanı kimi İranın nə vaxt artıq ABŞ üçün təhlükə yaratmadığını və “Epik qəzəb” əməliyyatının məqsədlərinin tam yerinə yetirildiyini özü müəyyən edəcək.

Livitt bildirib ki, həmin mərhələdə İran faktiki olaraq qeyd-şərtsiz kapitulyasiya vəziyyətinə düşəcək, istər bunu rəsmi şəkildə etiraf etsin, istərsə də etməsin.

Ağ Evin sözçüsü əlavə edib ki, son əməliyyatlar nəticəsində İranın əvvəlki hakimiyyətinə bağlı onlarla yüksək vəzifəli şəxs zərərsizləşdirilib. Onun sözlərinə görə, ABŞ və İsrail tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində artıq 50-dən çox rəhbər fiqur məhv edilib və onların arasında İranın ali rəhbərinin də olduğu iddia olunur.

Sara 

Избранный
79
50
nocomment.az

10Источники