İnsanın intellekti təkcə təhsil və ya biliyi ilə ölçülmür. Gündəlik həyatda nümayiş etdirdiyimiz bəzi vərdişlər də yüksək zəkanın göstəricisi sayılır. Psixoloqlar iddia edirlər ki, müəyyən davranışlar insanın analitik düşüncə və geniş dünyagörüşünə sahib olduğunu ortaya qoyur. Metbuat.az insanın ağıllı olduğunu göstərən vərdişlərlə bağlı məlumatları təqdim edir: Çox sual vermək - Ağıllı insanlar ətraflarında baş verən hadisələrə daha çox maraq göstərirlər. Onlar daim sual verir, yeni məlumat öyrənməyə çalışırlar. Yəni heç nəyə biganə qalmır, nəyisə bilməyəndə utanmır, əksinə, öyrənməyə can atırlar. Kitab oxumağa maraq - Mütəmadi kitab oxumaq insanın düşüncə qabiliyyətini və söz ehtiyatını artırır. Bu vərdiş həm də fərqli baxış bucaqları formalaşdırmağa kömək edir. Bu, ağıllı insanlar üçün xarakterik xüsusiyyətdir. Səhvlərdən nəticə çıxarmaq - Zəkalı insanlar səhv etdikdə bunu gizlətməyə çalışmır. Əksinə, həmin səhvlərdən dərs çıxarıb gələcəkdə daha düzgün qərarlar verməyə çalışırlar. Onlar etiraf etməkdə, üzr istəməkdə qəbahət görmürlər. Tək qalmaqdan qorxmamaq - Bəzən tək qalmaq və düşünmək insanın özünü daha yaxşı analiz etməsinə kömək edir. Psixoloqlara görə, ağıllı insanlar bu vaxtdan səmərəli istifadə etməyi bacarırlar.Dinləməyi bacarmaq - Ağıllı insanlar yalnız danışmağı deyil, dinləməyi də bacarırlar. Qarşı tərəfin fikirlərinə diqqətlə qulaq asmaq onların daha düzgün nəticələr çıxarmasına imkan yaradır. Bu, həm də nəcib xüsusiyyət kimi onlara başucalığı gətirir.