RU

İran: Heç bir halda atəşkəs elan etməyəcəyik



İran, ABŞ və İsrail arasındakı münaqişədə atəşkəs elan etməyəcək.

Newscenter.az xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik Şurasının sədri İbrahim Əzizi bildirib.

Əzizi Tehranda İmam Xomeyni adına Böyük Məsciddə cümə namazından sonra ABŞ və İsrail əleyhinə keçirilən nümayişlərdə çıxış edib.

Ölkəsindəki bütün rəsmilərin Əli Xameneinin yolunu izləməli və xalqla ünsiyyətdə olmalı olduğunu bildirən Əzizi deyib:

"Heç bir halda atəşkəs və ya danışıqlar elan etməyəcəyik".

Əzizi həmçinin ABŞ və İsrailin İrana qarşı hücumlarının cəzalandırılmalı olduğunu vurğulayıb.


Anar
Избранный
46
newscenter.az

1Источники