RU

Azərbaycanın daha bir gimnastı finala yüksəldi

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

İdman gimnastikası üzrə Dünya Kubokunda ikinci yarış günü yekunlaşıb.

Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında 30-dan artıq ölkənin qatıldığı turnirdə təsnifat mərhələsi başa çatıb.

Günün nəticələrinə əsasən, Azərbaycan təmsilçilərdən Aydın Əlizadə dayaqlı tullanma proqramında həlledici raundda iştirak hüququ qazanıb. Ötən gün Dəniz Əliyeva dayaqlı tullanma, Nikita Simonov isə halqalarla hərəkətlərin icrasında adlarını finala yazdırıblar.

Turnirin son iki günündə final çıxışları keçiriləcək. Yarışın ilk final mərhələsi isə martın 7-də baş tutacaq.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
2
fanat.az

4Источники