Azərbaycan Kubokunda 1\4 final mərhələsinə dünən yekun vuruldu.
Ötən gün "Sabah" səfərdə "Qəbələ" ilə üz-üzə gəldi.
Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı heç-heçə bitdi - 2:2.
İlk görüş qolsuz başa çatdığı üçün əlavə vaxta ehtiyac duyuldu. Burada 1:1 hesabı qeydə alındığından, penaltilər seriyasına gərək qaldı.
11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (4:2) "Sabah" yarımfinalda "Qarabağ"ın rəqibi oldu.
"Kəpəz"i məğlub edən (2:0) "Turan Tovuz" da yarımfinala yüksəldi. Tovuz təmsilçisi finala gedən yolda "Zirə" ilə münasibətlərə aydınlıq gətirəcək.
Daha əvvəl "Sumqayıt"ı 2:0 (ilk oyun - 0:0) hesabı ilə üstələyən "Zirə" ilə yanaşı, "Şamaxı"nı məğlub edən (1:2, 3:1) "Qarabağ" yarımfinalda oynamaq hüququ qazandı.
Beləcə, Premyer Liqada ilk "dördlük"də qərarlaşan komandalar kubokda da üz-üzə gələcək. Bu isə avrokuboklar üçün mübarizə aparanların iddiasına və sayına müəyyən aydınlıq gətirdi.
“Sportinfo.TV”nin redaktoru İlkin Fikrətoğlu nğvbəti süjetini Azərbaycan Kubokunun 1\4 final mərəhləsinin yekununa həsr edib.