Yaxın Şərqdəki vəziyyətə görə neftin qiyməti bir barel üçün 150 dollara, qazın qiyməti isə 40 dollara qədər yüksələ bilər.
Far.Az xəbər verir ki, bunu Qətərin enerji naziri Səəd əl-Kaabi "The Financial Times" qəzetinə verdiyi müsahibədə bildirib.
Nazirin sözlərinə görə, tankerlər Hörmüz boğazından keçə bilməsə, bu, iki-üç həftə ərzində baş verə bilər.